Menu Close

Alman-Azərbaycan Cəmiyyəti

Azərbaycan və Almaniya ölkələrini qədim tarix, mədəni və iqtisadi əlaqələr birləşdirir. Əlaqələrin müasir mərhələdə daha da möhkəmlənməsi və inkişafı məqsədi ilə 30 il öncə bu amal ətrafında birləşmiş alman və azərbaycanlı dostların təklifi və təşəbbüsü ilə Alman – Azərbaycan Cəmiyyəti yaradıldı.

Təsisçinin məktubu

Tesiscinin mektubu

Məqsəd

Azərbaycanla Almaniyanı həm bu ölkələrin çox qədim dostluq tarixi, həm də mədəni-iqtisadi əlaqələri birləşdirir. Bu əlaqələrin müasir mərhələdə daha da möhkəmləndirilib, inkişaf etdirilməsinin aktuallığı dostluq platformasından çıxış edən bir qurumun yaranmasını gündəmə gətirdi. Bu əsasla, belə bir mötəbər amal ətrafında birləşmiş alman və azərbaycanlı dostların təklifi və təşəbbüsü ilə, Alman-Azərbaycan Cəmiyyəti yaradıldı.Ötən müddət ərzində Cəmiyyətin fəaliyyəti təkcə sosial-mədəni xarakterli tədbirlərlə kifayətlənməmiş, bununla yanaşı, başqa sahələrdə olduğu kimi, tarix sahəsində tətqiqatlar aparılması ilə, Azərbaycanda yaşayan almanların milli adət-ənənələri və sosial problemlərinin tədqiqi və aradan qaldırılması və sair ilə daha da irəli getmişdir. Almanların daha sıx məskunlaşdığı Göygöl (Helenendorf) və Şəmkir (Anenfeld) rayonlarını əhatə edən yaşayış evləri, kilsələr (kirxelər), məktəblər, Gədəbəydə Siemens qardaşlarının mis mədənləri, Göygöldə Forer və Hummel qardaşlarının şərab istehsalı müəssisələri açıq səma altında muzeyə və turistlərin sevimli məkanına çevrilmişdir. Bu meylliliyin davamı olaraq, Cəmiyyət eyni zamanda diaspora quruculuğunda fəal iştirak edir, təhsil ocaqları ilə əlaqələr qurur, elm, təhsil, mədəniyyət və sosial-iqtisadi sahələrdə müxtəlif səpkili konfranslar, yubileylər təşkil edir. Tərəfimizdən yazılan kitablar, çəkilən filmlər, salınan dostluq bağları, yaradılan mədəniyyət mərkəzləri, habelə Cəmiyyətin mətbu orqanı, diplom və mükafatları da bu yolda əsas amillərdən olaraq xüsusi diqqət çəkir.

A PHP Error was encountered

Severity: Core Warning

Message: Module 'mysqli' already loaded

Filename: Unknown

Line Number: 0

Backtrace: