Menu Close

Turizm,Təhsil,Tibbi əlaqələr,Beynəlxalq təşkilatlarla əməkdaşlıq,Forum-Konfrans sərgilərin koordinasiyası

                                                                                                    Göygöl (Helenendorf) və Şəmkir (Annenfeld)
                                                                                                      Açıq səma altında muzey-turizm məkanı

XX əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan Respublikası tolerantlıq ənənələrini əsas götürərək, Azərbaycanın maddi-mədəni irsinə öz töhfəsini vermiş mədəni layların qorunması siyasətini davamlı olaraq aparır. Bu sırada “Azərbaycan tarixinin alman səhifələri” diqqət mərkəzindən kənarda qalmamışdır. Ölkədə olan alman abidələri bərpa edilir, qorunur və hazırda alman laylarının mühafizəsi ilə bağlı görülən tədbirlər ölkə rəhbərliyinin apardığı tolerantlıq və multikulturalizm siyasətinin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam bu reallığı təsdiqləyir.  Azərbaycanın maddi-mədəni irsində öz izini qoymuş alman laylarının tarixi XIX əsrin birinci otuzilliyində Vürtrmberq krallığından Azərbaycan torpaqlarına köçürülən alman kolonistlərlə başlanmışdır. 1819-cu ildə Gəncə ərazisində Helenendorf  və Şəmkir torpaqlarında Annenfeld koloniyaları salındıqdan sonra  XIX əsrin sonu XX əsrin əvvəllərində Cənubi Qafqazda koloniyalararası gedən miqrasiya nəticəsində Şəmkir və ətraf ərazilərdə yeni “bala” koloniyalar - 1888-ci ildə Şəmkirin Seyfəli ərazisində müstəqil qəsəbə Qeorgievsk, 1902-ci ildə Yelizavetpol quberniyasında Alekseyevka (indi Qazax rayonunun Həsən-su kəndi), 1905-cı ildə Şəmkirin İrmaşlı kəndində Eygenfeld və ya Aygenfeld, 1908-ci ildə Yelizavetinka(indi–Ağstafa şəhəri)1911-ci ilin yayında Ağstafa ərazisində Grünfeld və ya Qrünenfeld, 1912-ci ildə Ağstafa çayı yaxınlığında – Traubenfeld (indi –Tovuz şəhəri) salınmş, alman kolonistlər  ölkəyə infrastruktur layihələr gətirmişlər.

Koloniyalarda tikilən məktəblər, kilsələr və şərab zavodları, Gədəbəydə Siemenslər tərəfindən qurulan mis mədənləri, telefon və teleqraf xətləri, dəmir yolu və körpülər bu layihələrin tərkib hissəsi olmuşdur. Azərbaycanda üzümçülük və  şərabçılıq sənayesinin inkişafı Forer və Hummel qardaşlarının adı ilə bağlı olsa da, XIX əsrin  sonlarında hər bir alman ailəsi ildə 1000- 1500 vedrə şərab istehsal edirdi.Hər bir evin altında, zirzəmidə böyük şərab çəlləkləri yerləşirdi və şərabçılıq sahəsinin inkişafı kolonistlərin həyat tərzinə çevrilmişdi.Şəmkir, Göygöl, Gəncə, Gədəbəy, Tovuz, Ağstafa, Qazaxda qorunan alman evləri Azərbaycan tarixinin alman səhifələrinin əksidir. Koloniyalarda məktəb məsələsinə ciddi diqqət yetirilirmiş,1842-ci ildə Helenendorfda ilk məktəb binası tikilmişdi. Cənubi Qafqazda məskunlaşan kolonistlərin əksəriyyəti təriqətçi-separatçı olsalar da Lyuteran təlimi onları kilsəyə yönəltməyə çalışırdı. 1857-cü ildə Helelnendorf koloniyasında Müqəddəs Yohann kilsəsi salınmış, kilsələr 1909-cu ildə Annenfelddə, Gəncədə, Gədəbəydə, 1895-1899-cu illərdə Bakıda inşa edilmişdir. Tikilən abidələr multikultural dəyərlərə malik Azərbaycanın sosial-mədəni qatlarını zənginləşdirmişdir.

Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti alman kolonistlərininn Azərbaycan xalqı ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Böyük Vətən müharibəsi illərində öz yerlərini məcburi şəkildə tərk edən almanların qoyub getdikləri maddi və mədəni irsinin bugün də xalqımız tərəfindən qorunması bu ünsiyyətin dərin köklərinin bariz nümunəsidir. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Bu mədəni əlaqələri qorumaq məqsədi ilə .Şəmkir, Göygöl, Gəncə, Gədəbəy, Tovuz, Ağstafa, Qazax dəmiryolu xəritəsi üzrə kulturoloji turizmi inkişaf  etdirmək məqsədəuyğun olar.

A PHP Error was encountered

Severity: Core Warning

Message: Module 'mysqli' already loaded

Filename: Unknown

Line Number: 0

Backtrace: